14 İyun 2019 09:39
2 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın prezident seçkilərində ikinci yerə çıxımış Əmircan Kosanov müxalifət partiyası yaratmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, prezidentliyə keçmiş namizəd bu barədə özünün Feysbuk səhifəsində yazıb:

"Mənim bundan sonrakı işim yeni ictimai dalğanı institusional formaya salmaq, hazırkı şərtlər daxilində hakimiyyət uğrunda mübarizə apara bilən yeni müxalifət yaratmaqdır. Bu müxalifət formal olaraq ikinci yer statusunda özünü legitim sayacaq".

"Xalqın taleyi" hərəkatının lideri olan Əmircan Kasanov özünün seçkilərdə 16,23 faiz səs toplamasını ölkədə rəsmən etiraf olunmuş ilk böyük nəticə adlandırıb.

Seçkidən əvvəl onun 5-8 faiz arası səs yığacağı bildirilirdi.

Qeyd edək ki, ötən bazar Qazaxıstanda keçirilmiş prezident seçkilərində Comərd-Qasım Tokayev 70,96 faiz səslə qalib elan olunub.

İkinci yerə isə 16,23 faiz səslə Əmircan Kosanov çıxıb və qalib gəlmiş rəqibini təbrik edib.


Müəllif: Mahir

Oxşar xəbərlər