9 Sentyabr 2014 11:50
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna baş naziri Arseniy Yatsenyuk Rusiyanın cümə günü Minskdə imzalanan atəşkəs sazişini pozacağı təqdirdə Ukraynanın müharibə vəziyyəti elan etmək məcburiyyətində qalacağını bildirib.

Teleqraf.com-un hurhaber.com-a istinadən verdiyi xəbərə görə, baş nazir Ukraynanın müharibə istəmədiyini vurğulayıb.

A.Yatsenyuk deyib ki, ölkənin bütün sektorları müharibə üçün çalışmasa da, söhbət elan edilməmiş bir müharibə gedir.

Yatsenyuk müharibə elan edilməsinin Qərb ölkələri tərəfindən dəstəklənməyəcəyini və ölkədə böhranın dərinləşəcəyini deyib.

Bu arada Mariupola səfəri zamanı Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. Danışıq zamanı prezidentlər arasında atəşkəsin mühüm və müsbət cəhətləri müzakirə olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər