Sudanın sabiq prezidenti Ömər əl-Bəşir bir həftədən sonra məhkəmə qarşısına çıxarıla bilər.
Teleqraf.com xəbər verir ki, bu müddət ərzində onun apelyasiya şikayətinə baxılmalıdır.
Qeyd edək ki, 4 ay davam edən kütləvi aksiyalardan sonra aprelin 11-də baş verən hərbi çevriliş nəticəsində Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırıldı.