Ukrayna Prezidenti Vladimir Zelenski Mariupola səfəri zamanı fəvvarə üzərindən qaçıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti Teatr meydanında çıxış edib, sonra isə Dram Teatrına doğru yönəlib. Onun ətrafına yerli sakinlər toplaşıblar.
Ukrayna lideri avtomobilinə doğru yolu qısaltmaq üçün mühafizəçiləri ilə birlikdə fəvvarə üzərindən qaçmalı olub.