17 İyun 2019 01:16
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.

M.Pompeo qeyd edib: "ABŞ prezidenti [Donald Tramp] bir neçə dəfə [bu variantlar barədə] məlumatlandırılmışdır. Hətta onu davamlı şəkildə məlumatlandıracağıq".

ABŞ-ın İrana qarşı hərbi variantı nəzərdən keçirəcəyinə dair jurnalistin sualına ABŞ Dövlət katibi: "Əlbəttə ki", - deyə cavab verib. Eyni zamanda, M.Pompeo əlavə edib: "Prezident Tramp çox açıq şəkildə vurğulayıb ki, o, müharibəni istəmir"


Müəllif: Teleqraf.com