Daxili işlər naziri Süleyman Soylu və Xəzinə və maliyyə naziri Bərat Albayraq Prezident Rəcəb Tayyib Ərdoğana ziyan vurur, hər ikisi vəzifəsindən azad olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İYİ Partiyanın rəhbəri Maral Akşənər Fox TV-nin “Çalar Saat” verilişində deyib.
Onun sözlərinə görə, DİN rəhbəri gərginlik yaradır: “Cənab Ərdoğan daxili işlər nazirini mütləq dəyişdirsin, kürəkənini dəyişdirə bilməz, amma dəyişdirməlidir. İqtisadiyyatı bilmir. Məncə, hər ikisini saraya aparıb ikisinə də yüksək maaş, lüks maşınlar versin, göz qabağından götürsün. Köhnə dostu kimi onun üçün deyirəm”, - Akşənər vurğulayıb.