20 İyun 2019 23:32
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib.

O bunu etiraz aksiyasının keçirildiyi parlament binası qarşısında jurnalistlərə deyib.

"Mən belə bir zərurət yaranarsa, problemsiz istefaya gedərəm", - deyə o bildirib.

Gürcüstanda etirazlar cümə axşamı başlayıb. Ölkənin parlament binası qarşısına toplaşan mitinqçilər Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasının sessiyasında iştirakına etiraz edirlər. Hazırda onlara müxalifət nümayəndələri də qoşulub və hökumətin istefası tələb olunur.

Aksiya zamanı artıq iştirakçılar və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını almağa çalışır. Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.


Müəllif: Mənbə/Report