23 İyun 2019 10:29
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina məktub göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi KCNA agentliyi məlumat yayıb.

Kim Çen Inın məktubu oxuduqdan sonra məmnunluq duyduğu və yazılan ifadələrin gözəl olduğu bildirilir.

Trampın cəsarətini təqdir edən Şimali Koreya lideri məktubda yazılanlar barədə fikirləşəcəyini bəyan edib.

Qeyd edək ki, Kim Çen In sonuncu dəfə iyunun 11-də Trampa məktub göndərmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər