23 İyun 2019 13:30
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda etiraz aksiyalarının dağıdılması zamanı rezin güllələrdən istifadənin qadağan olunması tələbi ilə petisiya yaradılıb.

www.manifest.ge saytında yerləşdirilən petisiya Gürcüstan parlamentinə ünvanlanıb.

Bu vaxta qədər müraciəti 1700-dən çox şəxs imzalayıb. Petisiya üçün, ümumilikdə, 20 min imza tələb olunur.

Müraciətdə bildirilib ki, dinc aksiyaların insanların ölümünə səbəb olan silahlarla dağıdılması yolverilməzdir. Petisiya müəllifləri parlamentin fövqəladə iclas keçirərək “Polis haqqında” qanuna rezin güllələrin istifadəsinə qadağanı nəzərdə tutan düzəlişin edilməsini tələb edirlər.

Qeyd edək ki, iyunun 20-də Tbilisidə parlament binası qarşısında rusiyalı deputatların Gürcüstana gəlməsinə etiraz olaraq keçirilən kütləvi aksiya gözyaşardıcı qaz, su şırnağı maşını və rezin güllələrin vasitəsilə dağıdılıb. Nəticədə 240 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onların 28-i xəstəxanalarda müalicələrini davam etdirir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər