24 İyun 2019 15:32
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan Gürcüstana təyyarə reyslərinin və bilet satışlarının dayandırılması səbəbindən 150 mindən çox rus turist Gürcüstana gedə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, Gürcüstana qoyulan embarqoya görə, 155 min bilet alan rusiyalı turist bu xidmətdən istifadə edə bilməyəcək: “Bundan başqa, avqustun 8-dək 25 min rus turist geri qayıtmaq məcburiyyətində qalacaq”.

Rusiya Prezidenti Vladimir Putin ötən həftə iyulun 8-dən Gürcüstana təyyarə reyslərinin dayandırılmasını tələb edən qərar imzalayıb. Qərar çərçivəsində turizm və hava limanı şirkətlərinə xəbərdarlıq edilərək, turistlərə Gürcüstana bilet satılmaması tövsiyə olunub.

Əlavə edək ki, ötən həftənin sonlarından Gürcüstanın paytaxtı Tiflisdə Rusiya əleyhinə etiraz nümayişləri başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu