ABŞ Prezidenti Donald Tramp iyunun 28-29-da Yaponiyada keçirilən G-20 sammtində 8 ölkə lideriylə görüşəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evdən açıqlama verilib.
8 liderdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Donald Tramp Çin dövlət rəhbəri Si Cipin, Rusiya Prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı vəliəhd kralı Məhəmməd bin Salman, Yaponiya baş naziri Şinzo Abe, Almaniya kansleri Angela Merkel, Hindistan baş naziri Narendra Modi, Avstraliya baş naziri Skott Morrisonla da bir araya gələcək.
Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyənin Rusiyadan almağa hazırlaşdığı S-400 raket komplekslərinin əsas müzakirə mövzusu olacağı gözlənilir.