Rusiya Prezidenti Vladimir Putin II Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməklə bağlı belaruslu həmkarı Aleksandr Lukaşenkonun dəvətini qəbul edib.
Belarus Prezidenti rusiyalı həmkarına telefonla zəng edib və onu Minskdə keçirilən II Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməyə dəvət edib. Aleksandr Lukaşenkonun mətbuat xidmətindən bildiriblər ki, Vladimir Putin iyunun 30-da Belarusun paytaxtındakı “Dinamo” stadionunda keçiriləcək mərasimdə iştirak edəcəyini bildirib.
Xatırladaq ki, II Avropa Oyunlarının iyunun 21-də keçirilmiş açılış mərasimində Rusiyanı Baş Nazir Dmitri Medvedev təmsil edib.