ABŞ-ın Cənubi Koreyadakı səfirliyinə hücum olub.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Seula gözlənilən səfəri ərəfəsində bir koreyalı avtomobili ilə ABŞ səfirliyinə hücum edib.
Park Mo adlı şəxs avtomobilini səfirliyini binasına vurub. Daha sonra avtomobildən düşərək qazla səfirlik binasını yandırmaq istəyib.
Polis həmin şəxsi həbs edilib. Hücum zamanı ölən və yaralanan olmayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Seula səfər edəcək.