27 İyun 2019 12:58
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan bölgələrdəki qubernatorların əksəriyyətini dəyişməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Qəzet ən azı 10 qubernatorun öz işindən olacağını vurğulayıb.

Paşinyanın gözlənilməz dəyişikliyinin arxasındakı səbəbə gəlincə erməni nəşri iddia edir ki, bu, bölgələrdə mövcud hakimiyyətə qarşı baş qaldıran kütləvi etirazlarla bağlıdır:

“Paşinyan qubernatorların Ermənistanın keçmiş hakimiyyəti (Köçəryan-Sərkisyan klanı) ilə işbirliyindən narahatdır. Axır vaxtlar bölgələrdən yaxşı xəbərlər gəlmir, qubernatorlardan paytaxta qorxunc məlumatlar ötürülür. Buna görə, artıq 10 qubernatorla bağlı dosye hazırdır”.

Nikol Paşinyanın boş qalacaq yerlər üçün uyğun namizədlər axtardığını yazan qəzet keçmiş hakim klanın regional rəhbərliklər vasitəsilə bölgədən həmləyə keçəcəyindən ehtiyat etdiyini bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər