Əfqanıstanın paytaxtı Kabildə odlu silah və bomba hücumu zamanı onlarla insan ölüb və yaralanıb.
Teleqraf.com xəbər verir ki, intiharçı hücumun məsuliyyətini öz üzərinə götürən Taliban hədəfin Əfqanıstanın Müdafiə Nazirliyinin Logistika və Mühəndislik Mərkəzinin olduğunu bildirib.
9-u uşaq olmaqla azı 65 yaralı xəstəxanalara çatdırılıb.
Sakinlərin dediyinə görə, partlayış şəhərin mərkəzi hissəsində səhər saatlarında baş verib və Kabil üzərini qara tüstü bürüyüb. Şahidlər kiçik partlayışlardan bir neçə dəqiqə əvvəl silah səsləri eşidildiyini bildirib.
Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi şərhində yaxınlıqda inşa edilən çoxmərtəbəli binada gizlənən bir neçə silahlının partlayışdan dərhal sonra polis işçilərini atəşə tutduğunu deyib.
Rəhimi onu da əlavə edib ki, hadisə yerinə gələn xüsusi təyinatlı qüvvələr hücumçulara qarşı əməliyyata başlayıb.