ABŞ Konqresi Dövlət katibi Mayk Pompeonun öz mühafizəçilərinə şəxsi işlərini gördürdüyü iddiasını araşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbənin məlumatına görə, dövlət katibi vəzifəsindən sui-istifadə edərək, mühafizəçilərini şəxsi işlərini görməyə məcbur edir.
Bildirilib ki, Mayk Pompeo tez-tez xüsusilə Diplomatik Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Çin restoranından yemək gətirmək təlimatı verir.
Əlavə olaraq, dövlət katibi xidmətin bir əməkdaşından itini gəzdirmək və salona aparıb-gətirmək üçün istifadə edir. Ən maraqlısı isə budur ki, Pompeo buna görə həmin şəxslərə əlavə məvacib vermir, onların maaşları büdcədən ödənilir.