İngiltərə İranın verəcəyi cavabdan qorxmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ekspertlər Məclisinin üzvü, Ayətullah Əli Musəvi Cəzayiri İrandan Suriyaya neft aparan tankerin Cəballütariq boğazında həbsini şərh edərkən deyib.
Teleqraf.com-un xəbərinə görə, ayətullah açıqlamasında bildirib ki, İran tankerinin qanuna zidd olaraq müsadirə edilməsinə lazımlı cavab veriləcək: “ABŞ-a məxsus olan drona göstərdiyimiz reaksiya ilə bizə edilən pisliklərə qarşı səssiz oturmayacağımızı isbat etdik”.
Xatırladaq ki, İrandan Suriyaya neft daşıyan gəmi Cəballütariq boğazında ingilislər tərəfindən saxlanılıb.