11 İyul 2019 11:18
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Suriya üzrə xüsusi səfiri Qeyr Pedersen Moskvada rus rəsmilərlə müzakirələrdən sonra Dəməşqə uçaraq Əsəd rejimim xarici işlər naziri Valid Muallemlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Dəməşqdə keçən görüşdən sonra BMT-nin xüsusi nümayəndəsi açıqlama ilə çıxış edib.

Pedersen açıqlamasında “Geniş və əhatəli bir siyasi mərhələnin önünü açacaq Konstitusiya komissiyasının qurulması ilə bağlı razılaşmaya çox yaxınıq” fikrini işlədib.

Suriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da ciddi bir prosesin başladığı ifadə edilib, lakin konstitusiya komissiyasının tamamilə Suriyanın daxili məsələsi olduğu da vurğulanıb.

Xatırladaq ki, 2018-ci ilin yanvarında Soçidə Bəşər Əsəd rejiminin təmsilçiləri ilə müxalifət bir araya gəlib. Bu toplantıda 150 nəfərdən ibarət konstitusiya komissiyasının qurulmasına dair qərar verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər