11 İyul 2019 19:08
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə olduğu müddət ərzində Şeriyada olan yəhudi yaşayış məntəqələrinin boşaldılmayacağını bildirib.

Teleqraf.com bildirir ki, o, bu sözləri Qərbi Şeriyada yəhudi yaşayış yerlərinə həsr olunmuş proqramda deyib.

İsrailin 2005 -ci ildə mühasirə altında olan Qəzza zolağı və Qərbi Şeriyadaki qeyri- qanuni 25 yəhudi yaşayış məskəninin boşaldılmasını səhv addım adlandıran baş nazir deyib: ”İnsanları yurdlarından çıxarmırıq. Bu ağılsızlığa artıq son qoyduq. Hamınız 2005 -ci ildə Qəzzada 21, Qərbi Şeriyada 4 yəhudi yaşayış məntəqələri boşaldılanda nələr olduğunu bilirsiniz”.

İmamət İsmayılova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər