Kamerunun şimalında cari ildə xolera epidemiyasından 93 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Kamerun Səhiyyə Nazirliyindən verilən məlumatda ölkənin şimalında 2019-cu ildən bu yana mindən çox şəxsin xolera epidemiyasına yoluxduğu qeyd olunur.
Epidemiyanın ən çox şimal bölgələri əhatə etdiyi bildirilir. İshal, qusma əlamətləriylə müşaiyət olunan bakteriyalar orqanizmə daxil olduqdan sonra 48 saat ərzində vücudu gücdən salır.