18 İyul 2019 19:28
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanların ən populyar foto tənzimləmə proqramı olan FaceApp təhlükəsizlik müzakirələri barədə açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, şirkət rəhbərliyi istifadəçi məlumatlarının üçüncü tərəfə ötürülmədiyini bildirib.

Şirkət açıqlamanı amerikalı senator Çuk Şumerin FaceApp şirkətini Federal Təhqiqatlar Bürosu (FBI) və Federal Ticarət Komissiyasına (FTC) şikayət etməsindən sonra yayıb.

Proqramı hazırlayan şirkət yaydığı açıqlamada istifadəçi məlumatlarının üçüncü tərəfə ötürülmədiyi və satılmadığını bildirib.

“FaceApp-ın bütün xidmətləri üzvlük girişi edilmədən istifadə oluna bilər, bu proqrama yalnız yükələmədən sonra mobil telefonun ekranından girmək mümkündür. Nəticədə isə istifadəçilərin 99 faizi giriş etmir. Buna görə də, bu proqramdan istifadə edən şəxsin kimliyini təsbit edəcək məlumata çıxışımız yoxdur”.

Mərkəzi Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Wireless Lab adlı şirkət tərəfindən hazırlanan proqram “qocaltma” xidməti ilə son dönəmlərdə populyarlaşıb.

Amerikalı senator Çuk Şumer FaceApp proqramından istifadə edən ABŞ vətəndaşlarının şəxsi məlumatlarının xarici güclərin əlinə keçəcəyini iddia edərək, şirkəti FBI və FTC-yə şikayət etmişdi. Hər iki quruma müraciət edən senator şirkət rəhbərliyi barədə istintaqın başlanmasını tələb edib. Şumerin çağırışından sonra proqramın gizlilik siyasətinə dair narahatlıq yaranmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər