Azərbaycanlı müğənni Nura Suri ötən gün Türkiyəyə yola düşüb.
ANS PRESS-in məlumatına görə, ifaçı qardaş ölkədə keçirilən "Miss Eurovision 2014" gözəllik müsabiqəsinə dəvət alıb. Nura ötən gecə baş tutan yarışmada münsif kürsüsündə əyləşib. Kral TV vasitəsilə canlı yayımlanan yarışmada münsif kimi Nura ilə yanaşı həmyerlimiz model Günay Musayeva da olub.
Nura Suri və model gecədən olan fotolarını sosial şəbəkədə paylaşıblar. Günay müğənninin ünvanına xoş sözlər göndərərək bunları bildirib: "Gecənin ən gözəl qadınlarından biri mənim canım rəfiqəmdir. Jüri kürsüsünə oturub sanki ətrafa işıq saçır".