20 İyul 2019 19:15
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Quran”ı yandıran və müsəlmanlar barəsində soyqırımı təhdidləri ilə çıxış edən Danimarka parlamentinin irqçi deputatı Rasmus Paul yeni təxribata əl atıb.

Teleqraf.com xəbər verir ki, təxribatçı deputat polisləri yanına alaraq Danimarkada müsəlmanların yaşadığı məhəlləyə gedib. Burada insanlar irqçi deputata fikir və hərəkətlərinə görə etirazını bildirib.

Məhəllədə videogörüntülər çəkən deputat insanları təxribata təhrik edərək, polislərin onun mühafizəsini təşkil etməsinə nail olub. Daha sonra videonu “Danimarkada ilk dəfə bir siyasətçi polis tərəfindən qorunmaq məcburiyyətində qaldı” başlığı ilə yayaraq, təxribatını sosial şəbəkələrdə davam etdirib.

Xatırladaq ki, irqçi deputat bu ilin martında Danimarka parlamenti qarşısında qılınan cümə namazına maneə olmaq üçün “Quran”ı yandırmaqla gündəmə gəlmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər