23 İyul 2019 14:08
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Ali Radasının deputatı Nadejda Savçenkonun yenidən mandat qazana bilməməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, özünün “Feysbuk” səhifəsində yazıb:

“Xəbərləri oxuyuram. “Ali Radanın deputatı Nadejda Savçenkoya cəmi 8 nəfər səs verib”. Həmin dairədən isə seçkinin qalibi namizədliyi özü tərəfindən irəli sürülən Aleksandr Kovalyov olub.

Səbəb – Aleksandr Kovalyovun seçkiqabağı irəli sürdüyü “70-80-ci illərin sakit vaxtlarına qayıdaq” şüarıdır.

Razılaşın, ölkənin dağılmasından 10-20 il sonra seçicilərə belə bir söz verən insanın inamlı qələbəsi narahatlıq doğurmaya bilməz. Digər tərəfdən, şüarda Sovet İttifaqı birbaşa xatırladılmır – məgər 70-80-ci illərdə dünyanın hansı yerlərində sakitlik az idi? Bəlkə o KXDR idi. Hərçənd ki, əsrin əhəmiyyəti yoxdur...”


Müəllif: Səxavət

Oxşar xəbərlər