29 İyul 2019 09:54
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentliyə namizədin seçki qərargahına hücum zamanı 20 nəfər öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Əfqanıstanda olub.

Sentyabrın 28-də keçiriləcək prezident seçkilərində dövlət başçısı Əşrəf Qəninin müavini və prezidentliyə namizəd Əmirullah Salehinin Kabildəki seçki qərargahına hücum edilib.

Hücum zamanı 20 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb. Prezidentliyə namizədin özü də qolundan yaralanıb. Hücumdan dərhal sonra atışma baş verib. Əfqanıstan polisi hücumu təşkil edən terrorçulardan üçünü öldürüb.


Müəllif: Cavad

Oxşar xəbərlər