29 İyul 2019 14:32
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Təhqiqatlar Bürosu (FTB) üç ştatda dörd bank soyan “Pink Lady Bandit” ləqəbli qadını yaxalanmasına köməklik edənə və kimliyini deyənə mükafat təsis edib.

Teleqraf.com xəbər verir ki, FTB 4 bankı soyan xanım barəsində hər hansı bilgi əldə edə bilməyib.

Bu səbəbdən də “Pink Lady Bandit” ləqəbli soyğunçunun kimliyini FTB-yə bildirənlərə 10.000 ABŞ dolları mükafat verəcəyi açıqlanıb.

FTB qadın soyğunçunun 1.60 santimetr boyunda, nisbətən kök və ispan təsiri bağışladığını elan edib.

Soyğunçunun 4 bankdan hansı məbləğdə pul apardığı haqqında informasiya verilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər