30 İyul 2019 15:23
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Populyarlıq qazanmasında “Maska” filminə borclu olan amerikalı aktrisa Kameron Diaz bu ekran əsərində təsadüfən rol alıb.

Teleqraf.com xəbər verir ki, məşhur rejissor Çak Rassel illər sonra həqiqətləri açıqlayıb.

Filmin rejissoru Çak Rassel Kameron Diazı necə seçməsindən danışıb.

46 yaşlı aktrisanın ilk böyük rolunu oynadığı “Maska” filmində tərəf -müqabili aktyor Cim Kerri olmuşdu.

Rassel Tina Karlayl obrazını canlandırması üçün birinci Anna Nikol Smitlə görüşdüyünü bildirib: “Anna ilə görüşdük, çox cazibədar və peşəkar idi, amma bu rola lazım olan xüsusiyyətlərə sahib deyildi”.

Beləliklə, rol Kameron Diazın olub, Rassel bu haqda belə deyib:

“Kameron buna qədər filmdə çəkilməmişdi, gəlib sınaq çəkilişlərinə qatılmasını istədim. İlk sınaqdan sonra onun bu rola ən uyğun adam olduğunu anladım. Cim Kerri ilə də yaxşı anlaşdığını gördüm”.

Anna Nikol Smit isə 2007-ci ildə yüksək dozada narkotik maddə qəbulu səbəbindən 39 yaşında həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər