Honkonqda keçirilən nümayişlərdə etirazçılar polislərə qarşı lazerlərdən istifadə ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 9 nəfər polis zabiti xəsarət alıb.
Qeyd olunub ki, lazerlər gözdə ciddi zədələrə və iltihablara yola aça bilər.
Xatırladaq ki, iyun ayından etibarən Honkonqda ekstradisiya haqqında qanuna edilən dəyişikliklərə qarşı etirazlar gedir.