12 Avqust 2019 21:39
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət rəsmiləriiki ölkə arasındakı ticarət əlaqələrini və qlobal təhlükəsizlik məsələlərinimüzakirə ediblər. Ağ Evdən bildirilib ki, Tramp qlobal problemlərin həllində sabit əməkdaşlığa görə Britaniyaya minnətdarlığını ifadə edib.

O, həmçinin yaxın gələcəkdə hər iki liderin görüşünə müvəffəq olacağına ümidi etdiyini vurğulayıb.

Böyük Britaniyanın yeni baş naziri Boris Conson daha əvvəl bir zamanlar nəqliyyat nazirinin müavini işləmiş kiçik qardaşı Co Consonu Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər