“İran zənginləşdirilmiş uranın həcmini artıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu İranın Atom Agentliyinin nümayəndəsi Bəhruz Kamalvəndi deyib.
O, İranın zənginləşdirilmiş uran ehtiyatlarını 370 kiloqrama çatdırdığını bildirib: “Hazırda istehsal davam edir, ehtiyatlarımız 300 kiloqramı keçib. Ehtiyat həcmi sürətlə artacaq”.
ABŞ uranın zənginləşdirilməsi səbəbindən İrana sanksiyalar tətbiq edir. İranın nüvə silahına sahib olacaq qədər uran ehtiyatına sahib olmasından şübhələnən rəsmi Vaşinqton Tehranı yeni nüvə anlaşması imzalamağa çağırır.