14 Avqust 2019 15:08
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə birgə mətbuat konfransı zamanı Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır, bu nöqtədir” sözlərinə əlavə edəcək heç bir şeyin olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, işğalçı ölkənin baş diplomatı Paşinyanın Xankəndində səsləndirdiyi bu fikirlərin Ermənistanın dövlət maraqlarını əks etdirdiyini deyib.

“Baş nazir hər şeyi Ermənistanın mövqeyi ilə çox dəqiq bir şəkildə ifadə etdi. Əlavə ediləcək bir şey yoxdur. Hər şey Xankəndində deyildi”, - Mnatsakanyan qeyd edib.

Əlavə edək ki, Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı Xankəndində bir sıra müraciətlər və bəyanatlar səsləndirib.

Onun çıxışında “Qarabağ Ermənistandır, nöqtə” fikirləri rəsmi Bakının sərt etirazı ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər