İngiltərənin Baş naziri Boris Conson Lids şəhərindəki həbsxanalardan birində ona göstərilən rentgen nəticəsindən şoka düşüb.
Teleqraf.com xəbər verir ki, həbsxana rəhbərliyi baş nazirə məhkumların bədənlərində gizlədərək qeyri-qanuni yolla tütün, müxtəlif narkotik maddələr keçirməyə cəhd göstərdikləri barədə məlumat verib.
Bir məhkuma məxsus rentgen nəticəsinə baxan Conson “Oyuncaq yumurtadır? İçində olub? Onu udubmu?” sualları ilə təəccübünü gizlətməyib.
Gözətçi “sürpriz yumurta”nın içində tütün olduğunu söyləyib. Gördüklərinə inanmayan baş nazir isə onun zarafat edib-etmədiyini soruşub.