Türkiyənin Qırşəhər vilayətində bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, iki qardaş olan Gökhan D. və Cüneyd D. ilə A.K. arasında əvvəlcə mübahisə yaranıb.
Mübahisənin davaya çevrildiyini görən A.K-nın atası Nəşəd onları ayırmaq istəyib.
Bu zaman A.K. əlindəki silahla təsadüfən atəş açıb və atasını öldürüb.
Qatil oğul saxlanılıb.