“Honkonqda etirazçılara qarşı güc tətbiqi ABŞ-ın Çinlə ticarət razılaşmalarına mənfi təsir göstərə bilər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Amerika lideri Çindəki aksiyaların dinc formada davam etməsinə tərəfdardır: "Mən istərdim ki, Honkonqda hər şey dinc şəraitdə həllini tapsın. Bu, ABŞ və Çin arasında ticarət razılığı haqqındakı saziş nöqteyi-nəzərindən əhəmiyyətlidir”.
Qeyd edək ki, Çində minlərlə nümayişçi ekstradisiya haqqında qanuna qarşı etirazla Honkonq küçələrinə çıxıb. Aksiyada həmçinin, dustaqların azad olunması tələbləri də irəli sürülüb.