20 Avqust 2019 09:01
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donald Tramp hakimiyyətinə hamımızın bir sözü var. Paris iqlim sazişindən heç bir halda çəkilə bilməzsən".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Oskar" mükafatçısı olan ispan aktryoru Xavyer Bardem BMT-də qatıldığı bir paneldə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Aktyor iqlim dəyişikliyinin ciddi məsələ olduğunu vurğulayıb: "Vəziyyət ciddidir, iqlim dəyişikliyi baş verir. Bunu inkar edə bilməzsiniz, çünki bu bir reallıqdır.

Tramp hakimiyyətinə bunu demək istəyirəm: Ətrafınızda baş verənlərə diqqətlə baxın, təbiətin bizə nə dediyinə qulaq asın.

İsti hava dalğaları dayanmadan axın edir. Bu yaz Avropanı vurdu. Bu, gerçək bir vəziyyətdir. Paris iqlim sazişi hamımız üçündür. Kimsə bundan fayda güdməsin".


Müəllif: Teleqraf.com