Qırğızıstanda məhkəmə sabiq prezident Almazbek Atambayevin oktyabrın 26-na kimi həbsdə qalmasına qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə qapalı məhkəmə prosesindən sonra sabiq prezidentin vəkili Sergey Slesarev bildirib.
Məhkəmənin səyyar iclası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasında keçirilib. Qeyd edək ki, Almazbek Atambayev avqustun 8-dən etibarən buradakı təcridxanada saxlanılır.
Sabiq prezident qətl törətməkdə və dövlət çevrilişi hazırlamaqda ittiham olunur. Ona qarşı kütləvi iğtişaşlar və girov götürmək ittihamları da irəli sürülüb.