21 Avqust 2019 12:17
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana aid neft tankeri Qırmızı dənizdə Səudiyyə Ərəbistanının Yanbul limanı yaxınlığında qəzaya uğrayıb.

Teleqraf.com İRNA agentliyinə istinadla xəbər verir ki, “Helm” adlı neft tankeri Yanbul limanın 75 kilometrliyində texniki problemlə üzləşib.

İran tərəfi qeyd edib ki, gəmi və onun personalı ilə bağlı ciddi problem yaranmayıb və hazırda personal gəmini lazım olan yerə götürmək üçün ciddi işləyir.

Xatırladaq ki, İrana aid “Happiness” neft tankeri də aprelin 30-da Qırmızı dənizdən Süveyş kanalına doğru hərəkət edərkən qəzaya uğrayıb və gəminin düzəldilməsi üçün tanker Səudiyyənin Ciddə limanına çəkilib.

İran tərəfi tankerin məsrəfləri üçün Səudiyyəyə 10 milyon dollar ödəyib. Həmin gəmi avqustun 20-də sərbəst şəkildə İrana üzüb.


Müəllif: Cavad