22 Avqust 2019 22:07
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin deputatların davranışlarına nəzarət heyətinin sözçüsü 2 millət vəkilinin saxlanıldığını təsdiq edib.

Teleqraf.com-un məlumatına görə, bunu sözçü Məhəmməd Cavad Camali Tasnim İnformasiya agentliyinə açıqlamasında deyib.

M.Camalinin sözlərinə görə, indiyədək bu haqda İranın Məhkəmə Sistemindən parlamentə məktub göndərilməyib. Deputatın saxlanılması və ya dindirilməsi ilə bağlı qərar olarsa, adətən prosesdən öncə parlamentin rəyasət heyətinə məlumat verilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran parlamentinin Zəncan və Əbhərdən olan iki deputatı Firudin Əhmədi və Məhəmməd Əzizi saxlanılıblar. Onlar Tehranda Evin həbsxanasına nəql olunsalar da, sonradan 10 milyard rial (təxminən 238 min dollar) dəyərində girov pulla azadlığa buraxılıblar.

Xatırladaq ki, son günlərdə İranın "İrankhodro" Avtomobilqayırma Şirkətinin rəhbəri və iki müavini saxlanılıblar. Saxlanılanlar şirkətin istehsal etdiyi avtomobillərin qiymətini süni şəkildə artırmaqda ittiham olunurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər