23 Avqust 2019 20:52
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də Moskvada keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

D.Peskov deyib: "Danışıqlar Moskvada keçiriləcək".

Qeyd edək ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı keçirilib.

Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasından yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər