Çərşənbə gününə keçən gecə Çinin şərqindəki Çjetszyan əyalətində sürətli avtomobil yolu üzərində yerləşən tuneldə yük maşınının yanması nəticəsində 5 nəfər aldığı travma və yanıq xəsarətlərindən ölüb, 31-i xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.
Hadisə yerinə polis və "təcili yardım" əməkdaşları cəlb olunub. Yaralılara tibbi yardım göstərilib, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.