13 Sentyabr 2014 10:29
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ərzaq Proqramı Ukraynanın şərq regionuna ərzaq yardımı çatdırılmasını davam etdirir.

Teleqraf.com-un amerikanınsesi.org-a istinadən verdiyi xəbərə görə, yardımlar Donetsk və Luqansk şəhərlərinin ictimai sığınacaqları və nəqliyyat mərkəzlərində paylanır.

Bu ayın əvvəllərində start verilən proqram insanları 5 gün ərzində 2000 adama kifayət edən 10 min gündəlik porsiya ilə təmin edib. Agentlik ayın axırınıdək 5 gün ərzində 18 min insanı yeməklə təmin etməyi planlaşdırır.

Oktyabr ayında təşkilat yarım milyon dollarlıq ərzaq talonları ilə 10 min insanın ərzaq almasına yardım göstərəcək.

BMT-nin Qaçqınlar Agentliyi Ukraynada 310 min insanın evlərindən didərgin düşdüyünü bildirir. Rəsmilər isə bu göstəricinin 2 dəfə artıq olduğunu deyir.

Ukraynaın hökumət qüvvələri ilə rusiyapərəst separatistlər arasında gedən döyüşlər nəticəsində 2600 insan həlak olub.

Samir


Müəllif:

Oxşar xəbərlər