Türkiyənin Siirt əyalətində "Dijvar Sason" ləqəbi ilə tanınan təhlükəli terrorçu Ekrem Aksoy zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, PKK terror qruplaşmasının üzvü olan E.Aksoyun adı uzun müddət təhlükəli terrorçuların siyahısında olub.
Qeyd edək ki, terrorçunun zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat avqustun 25-i keçirilib.