Türk sənət musiqisinin şərhçisi və kino aktrisa Könül Yazar 24 ildən sonra səhnəyə çıxıb. 83 yaşlı aktrisa telli-duvaqlı gəlin olmaq istədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, musiqi aləmində “Daş körpə” ləqəbi ilə təqdim edilən sənətçi Könül Yazar səsləndirdiyi türk xalq musiqisi əsərləri ilə tamaşaçıları valeh edib.
Bir müddət əvvəl gizli eşq yaşadığını bildirən sənətçi yenidən gəlin olmaq istədiyini açıqlayıb: “İnşallah, telli-duvaqlı gəlin olacam”.