ABŞ sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Oreqon ştatının Bandon şəhərindən 284 km şimal-qərbdə, 5,4 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.