13 Sentyabr 2014 13:28
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a məxsus iki F-18 qırıcısı Sakit Okean üzərində qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dəniz Qüvvələrinin nümayəndələri paylaşıb. Qəzanın səbəbi hələ məlum deyil. İlkin versiyaya görə, hərbi təyyarələr uçuş zamanı toqquşublar. Pilotlardan biri xilas olub və ona tibbi müayinə göstərilib. İkinci pilotun axtarışları isə davam etdirilir.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Qərb mediası ABŞ Dəniz Qüvvələrini qəza ilə bağlı gec xəbər verməkdə günahlandırıb.

- See more at: http://axar.az/news/29315#sthash.xBAiiTcd.dpuf


Müəllif:

Oxşar xəbərlər