3 Sentyabr 2019 00:28
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyada kişilərə və qadınlara bərabər əməkhaqqı ödənilməsinə istiqamətlənmiş “Mən bərabər hüquqlara layiqəm” kampaniyası başlayıb.

Teleqraf.com xəbər verir ki, kampaniya bu ayın birinci yarısında radio, televiziya və onlayn-mətbuat tərəfindən geniş işıqlandırılacaq.

Əmək və məşğulluqda bərabərlik məsələləri üzrə Komissiyanın və bərabər əməkhaqqı haqqında Qanunun qüvvəyə minməsinin 40-cı ildönümü çərçivəsində aparılan bu kampaniya “Bərabər əməyə görə bərabər əməkhaqqı, yaxud əməyin bərabər dəyərləndirilməsi” prinsipinin reallaşmasına, ictimaiyyətin, habelə əməkçilərin və işəgötürənlərin öz hüquq və öhdəlikləri barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəldilib.

Portuqaliya hökumətindən bildiriblər ki, bərabər əməkhaqqı barədə qanun, habelə Əmək Məcəlləsinə düzəlişlərin təsdiq və qəbul edilməsi təkcə əməkhaqqı sahəsində ayrı-seçkiliyə və sabitsizliyə qarşı mübarizə nöqteyi-nəzərindən deyil, həm də daha ədalətli və inklyuziv əmək bazarının yaradılması baxımından əhəmiyyətli addımlardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər