ABŞ Suriya ilə bağlı Ermənistan qarşısında tələb qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə “168 – JAM” qəzeti məlumat yayıb.
Birləşmiş Ştatlar İrəvandan Suriya ərazisindən hərbi qoşunlarını çıxarmağı tələb edib.
Ermənistanın müdafiə naziri David Tonoyan bu tələbə qarşı çıxsa da, baş nazir Nikol Paşinyan hələ heç bir reaksiya verməyib.
Paşinyanın ABŞ-ın tələbi qarşısında susqunluğu medianın diqqətindən yayınmayıb.