14 Sentyabr 2014 23:22
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 14-də Rusiya Federasiyası tərəfindən Krımda keçirilən yerli seçkilərlə bağlı etiraz bəyanatı yayıb.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, müvafiq bəyanatda Krımda və Sevastopolda keçirilən bu seçkilərin qeyri-qanuni olduğu vurğulanır, Rusiyanın bu ilin martında ilhaq etdiyi Krım yarımadasında seçkilər keçirməsi faktı beynəlxalq hüquqa zidd adlandırılaraq, qətiyyətlə pislənilir.

Sənəddə Krımda qeyri-rus millətlərə, xüsusən, ukraynalılara və tatarlara qarşı ayrı-seçkilik, diskriminasiya siyasəti həyata keçirildiyi vurğulanır. Ukrayna tərəfi müvafiq bəyanatda beynəlxalq ictimaiyyəti Rusiyanın hərbi təcavüzünə və növbəti qanunsuz seçkilərin keçirilməsi faktına biganə qalmamağa səsləyir.

Nihad


Müəllif:

Oxşar xəbərlər