9 Sentyabr 2019 14:22
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin İranın ABŞ tərəfindən sanksiya tətbiq edilən sektorlarına investisiya yatırmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, İran KİV-də yayılmış məlumatda investisiyanın həcminin 280 milyard dollar olduğu bildirilib.

Bu sərmayənin rəsmi Pekin və Tehran arasında imzalanmış bir anlaşma çərçivəsində yatırılacağı qeyd olunub.

Sərmayə yatırımın anlaşmanın qüvvəyə minməsi tarixindən etibarən 5 il ərzində həyata keçiriləcəyi açıqlanıb. Bu çərçivədə layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 5 min çinli hərbçinin İrana göndəriləcəyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər