10 Sentyabr 2019 18:19
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Ceki Çan “Əjdaha möhürünün sirri” adlı Rusiya və Çinin birgə istehsalı olan filminin premyerası üçün Rusiyaya gələ bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə aktyorun səfərinin təşkilatçıları TASS-a bildiriblər:

“Ceki Çanın cədvəlindəki gözlənilməz dəyişikliklər səbəbindən aktyorun sentyabrın 11-də Moskvaya “Əjdaha möhürünün sirri” filminin premyerası üçün edəcəyi səfərin təəssüf ki, reallaşmayacağını bildirmək məcburiyyətindəyik”.

Filmin premyerası baş tutacaq. Filmin prodüseri Aleksey Petruxin, Sergey Selyanov, rejissoru Oleq Stepçenkodur. Filmdə aktyorlar Yuri Kolokolnikov, Anna Çurina çəkilib. Arnold Şvartsneqqer və digər aktyorların da rol aldığı film 19 sentyabrdan nümayiş olunacaq.

Filmin istehsalında Rusiya, Çin, Avropa və ABŞ-dan olan kinematoqraflar iştirak ediblər. Süjet xəttinə əsasən, ingilis səyyah Conatan Qrin I Pyotrdan Rusiyanın Uzaq Şərqinin xəritəsinin hazırlanmasına sifariş alır. Tale yolları onu aparıb Çinə çıxarır.


Müəllif: Səxavət